“Tədarük departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Müəssisənin tədarük və satınalma strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Tədarük zəncirinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin olunmasını təşkil etmək;
- Təchizatçılarla əməkdaşlıq strategiyasını formalaşdırmaq və müqavilə danışıqlarını idarə etmək;
- Tədarük xərclərinin optimallaşdırılması və resurslardan səmərəli istifadənin təmin edilməsi üzrə tədbirlər həyata keçirmək;
- Məhsul ehtiyaclarının proqnozlaşdırılması və planlaşdırılması məqsədilə data analizləri aparmaq;
- Meyvə-tərəvəz və kənd təsərrüfatı məhsullarının tədarük proseslərinin effektiv idarə olunmasını təmin etmək;
- Tədarük fəaliyyətinin nəticələri üzrə hesabatların hazırlanmasını və təhlilini həyata keçirmək;
- Risklərin qiymətləndirilməsi və alternativ tədarük mənbələrinin müəyyənləşdirilməsini təmin etmək.
Tələblər:
- İqtisadiyyat, logistika, təchizat zənciri idarəetməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Tədarük və satınalma sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə minimum 3 il təcrübə;
- Kənd təsərrüfatı və meyvə-tərəvəz məhsullarının tədarükü sahəsində təcrübə;
- Planlama, proqnozlaşdırma və data analizi bacarıqları;
- ERP və satınalma sistemləri ilə işləmə təcrübəsi;
- Güclü danışıqlar aparmaq və liderlik bacarıqları;
- Azərbaycan dilində sərbəst, ingilis dilində işgüzar səviyyədə bilik.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00.
CV-lərinizi mövzu hissəsində “Tədarük departamentinin direktoru” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!