Təhlükəsizlik üzrə nəzarətçi

Təhlükəsizlik üzrə nəzarətçi

  • Deadline 29 November 2026

Vəzifənin məqsədi:

  • Təşkilatın inzibati binasında təhlükəsizliyin təmin edilməsi, giriş-çıxış rejiminə nəzarət, təhlükəsizlik sistemlərinin fasiləsiz monitorinqi, mümkün insidentlərin vaxtında aşkarlanması və müəyyən edilmiş prosedurlara uyğun ilkin tədbirlərin görülməsi.

Əsas vəzifə öhdəlikləri:

  • Binaya daxil olan və binanı tərk edən əməkdaşların, ziyarətçilərin və digər şəxslərin giriş-çıxışına müəyyən edilmiş qaydalar əsasında nəzarət etmək;
  • Şəxslərin qeydiyyatı, giriş icazələrinin yoxlanılması və buraxılış rejiminin tələblərinə əməl olunmasını təmin etmək;
  • Videomüşahidə, girişə nəzarət, müdaxilə siqnalizasiya və yanğın siqnalizasiya sistemlərinin göstəricilərini izləmək;
  • Müəyyən edilmiş marşrut və qrafiklər üzrə müşahidə və yoxlama tədbirlərini həyata keçirmək;
  • Şübhəli davranışları, icazəsiz giriş cəhdlərini, təhlükəsizlik qaydalarının pozulmasını və texniki nasazlıqları vaxtında aşkar etmək, dərhal növbə rəhbərinə məlumat vermək;
  • İnsidentlər zamanı təsdiq edilmiş prosedurlara uyğun ilkin tədbirlər görmək, zərurət yarandıqda müvafiq operativ xidmətlərlə əlaqələndirməni təmin etmək;
  • Yanğın, fövqəladə hal və təxliyə zamanı müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət etmək;
  • Təhlükəsizlik hadisələrini, növbə ərzində görülmüş tədbirləri və aşkar edilmiş çatışmazlıqları müvafiq jurnallarda və ya elektron sistemlərdə qeyd etmək;
  • Növbənin təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
  • Xidməti məlumatların məxfiliyini qorumaq, daxili qaydalara və peşəkar davranış standartlarına riayət etmək;
  • Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Azərbaycan Respublikası vətəndaşı olmaq;
  • Kişi namizədlər üçün müddətli həqiqi hərbi xidməti keçmiş olmaq;
  • Mühafizə və təhlükəsizlik sistemləri ilə işləmək, müşahidə və məlumatların qeydiyyatını aparmaq bacarığı;
  • Kompüterdən və gündəlik ofis proqramlarından istifadə bacarığı;
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlı olmaq;
  • Yüksək diqqətlilik, məsuliyyətlilik, intizamlılıq və etibarlılıq;
  • Gərgin vəziyyətlərdə təmkinli davranmaq, düzgün qərar qəbul etmək və təlimatlara uyğun hərəkət etmək bacarığı;
  • Komandada işləmək və əməkdaşlarla, ziyarətçilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı;
  • Növbəli, o cümlədən gecə qrafiki ilə işləməyə hazır olmaq;
  • Sağlamlıq və digər uyğunluq tələblərinə cavab vermək:
  • Boy: kişilər üçün minimum 175 sm, qadınlar üçün minimum 165 sm;
  • Bədən kütləsi indeksi (BKİ): 18,5–29,9 aralığında olmalıdır; bu hədddən kənarlaşma tibbi rəy əsasında dəyərləndirilir;

Üstünlük hesab edilən meyarlar:

  • Ali təhsil;
  • Təhlükəsizlik və ya mühafizə sahəsində 1–3 il iş təcrübəsi;
  • İri ofis binalarında, korporativ və ya institusional mühitdə mühafizə təcrübəsi;
  • Hüquq-mühafizə, fövqəladə hallar və ya müvafiq təhlükəsizlik sahələrində iş təcrübəsi;
  • İlk yardım və yanğın təhlükəsizliyi üzrə müvafiq təlim və ya sertifikatlar;
  • İngilis və/və ya rus dili biliyi.

Biz təklif edirik:

  • Rəsmi əmək müqaviləsi və sabit əmək haqqı;
  • Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət;
  • Könüllü tibbi sığorta;
  • İdman zallarına üzvlük paketi.

Vakansiya həm kişi, həm də qadın namizədlər üçün açıqdır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily78
  • Weekly529
  • Monthly2498