Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə edəcək təcrübəli rəhbər axtarılır.
Vəzifə öhdəlikləri
- Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları hazırlamaq;
- Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi sistemlərini inkişaf etdirmək;
- Əsas fəaliyyət göstəriciləri (KPI) və səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
- Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının hazırlanmasını təmin etmək;
- Təlim, inkişaf və qiymətləndirmə nəticələrini təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq.
Namizədə tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Təlim, inkişaf və ya fəaliyyətin qiymətləndirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
- Qeyd olunan istiqamətlərdə ən azı 2 il rəhbərlik təcrübəsi üstünlükdür;
- Təlim ehtiyaclarının təhlili, təlim nəticələrinin ölçülməsi və performansın idarə edilməsi alətləri üzrə biliklər;
- Əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramları və süni intellekt alətləri ilə işləmək bacarığı;
- İngilis və rus dillərinin hər biri üzrə minimum B1 səviyyəsində bilik;
- Analitik düşüncə, komanda idarəetməsi, təqdimat və fasilitasiya bacarıqları.
Əməkhaqqı 2300 AZN NET
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.