Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təlim, inkişaf və performansın idarə edilməsi üzrə rəhbər

  • Deadline 13 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməkdaşların peşəkar inkişafı və fəaliyyətinin qiymətləndirilməsi proseslərini idarə edəcək təcrübəli rəhbər axtarılır.

Vəzifə öhdəlikləri

  • Təlim ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları və fərdi inkişaf planları hazırlamaq;
  • Təlimlərin effektivliyini ölçmək, mentorluq və daxili təlimçi sistemlərini inkişaf etdirmək;
  • Əsas fəaliyyət göstəriciləri (KPI) və səriştələr əsasında əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək;
  • Yüksək potensiallı əməkdaşları müəyyənləşdirmək, karyera inkişafı və xələflik planlarının hazırlanmasını təmin etmək;
  • Təlim, inkişaf və qiymətləndirmə nəticələrini təhlil etmək, hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Təlim, inkişaf və ya fəaliyyətin qiymətləndirilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Qeyd olunan istiqamətlərdə ən azı 2 il rəhbərlik təcrübəsi üstünlükdür;
  • Təlim ehtiyaclarının təhlili, təlim nəticələrinin ölçülməsi və performansın idarə edilməsi alətləri üzrə biliklər;
  • Əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramları və süni intellekt alətləri ilə işləmək bacarığı;
  • İngilis və rus dillərinin hər biri üzrə minimum B1 səviyyəsində bilik;
  • Analitik düşüncə, komanda idarəetməsi, təqdimat və fasilitasiya bacarıqları.

Əməkhaqqı  2300 AZN NET 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və inkişaf üzrə rəhbər” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly344
  • Monthly923