Vəzifə öhdəlikləri
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
- Avadanlığın sökülməsi, köhnəlmiş hissələrinin dəyişdirilməsi və yığılmasında iştirak edir.
- İstehsalatın texniki hazırlığını təmin edir;
- Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbnamnənin tərtib edilməsində iştirak edir;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
- Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Texniki ixtisas və ya peşə təhsili.
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
- Komandada işləmək bacarığı.
İş şərtləri
- Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında müəyyən edilir.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi.
- Həftəlik 40 saatlıq iş qrafiki ilə 6 günlük iş rejimi.
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi yaxınlığında yerləşən istehsalat sahəsi.
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir.
- Qaradağ rayonu ərazisində yaşayan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.