Təmirçi-çilingər

  • Deadline 30 Oktyabr 2026

Vəzifə öhdəlikləri

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir; 
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir; 
  • Avadanlığın sökülməsi, köhnəlmiş hissələrinin dəyişdirilməsi və yığılmasında iştirak edir.
  • İstehsalatın texniki hazırlığını təmin edir;
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir; 
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbnamnənin tərtib edilməsində iştirak edir;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
  • Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir; 
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir.
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir. 

Namizədə tələblər

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. 
  • Texniki ixtisas və ya peşə təhsili. 
  • Məsuliyyətli, diqqətli və operativ olmaq. 
  • Komandada işləmək bacarığı. 

İş şərtləri

  • Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında müəyyən edilir. 
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi. 
  • Həftəlik 40 saatlıq iş qrafiki ilə 6 günlük iş rejimi. 
  • İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi yaxınlığında yerləşən istehsalat sahəsi. 
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir. 
  • Qaradağ rayonu ərazisində yaşayan namizədlərə üstünlük verilir. 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily130
  • Weekly599
  • Monthly240