Tərəzi Operatoru. Anbar işçi

  • Истекает 3 август 2025

Yer: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Sahə: Aqro

Vəzifə öhdəlikləri:

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. 
  • Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
  • Çəkilmiş yüklərin uçotunun aparılması.
  • Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları;
  • Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir;
  • Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir;
  •  Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
  • Tərəzi operatoru vəzifəsi üzrə Cəmiyyətin Sağlamlıq, təhlükəsizlik texnikası və əməyin mühafizəsi prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək;
  • Tərəzi operatoru vəzifəsi üzrə Cəmiyyətin Keyfiyyətin idarə olunması sistemləri prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək.

Tələblər:

  • 1C 8.3 mühasibat proqramlarında, Office proqramlarında işləmə bacarığı olmalı;
  • Ali təhsil 
  • Yüksək gərginlikli və stressli iş şəraitində effektiv fəaliyyət göstərmək bacarığı
  • Komandada işləmək qabiliyyəti
  • Minimum 1 illik iş təcrübəsi

Zəhmət olmasa CV-nizi “Tərəzi operatoru. Anbar işçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.

  • Daily31
  • Weekly670
  • Monthly550