Yer: Bakı, Azərbaycan
Məşğulluq növü: Tam ştat
Sahə: Aqro
Vəzifə öhdəlikləri:
- Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi.
- Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
- Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
- Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
- Çəkilmiş yüklərin uçotunun aparılması.
- Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
- Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları;
- Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir;
- Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir;
- Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
- Tərəzi operatoru vəzifəsi üzrə Cəmiyyətin Sağlamlıq, təhlükəsizlik texnikası və əməyin mühafizəsi prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək;
- Tərəzi operatoru vəzifəsi üzrə Cəmiyyətin Keyfiyyətin idarə olunması sistemləri prosedurları, qaydaları, təlimatları, planları və digər tələbləri barədə məlumatlı olmaq və onlara riayət etmək.
Tələblər:
- 1C 8.3 mühasibat proqramlarında, Office proqramlarında işləmə bacarığı olmalı;
- Ali təhsil
- Yüksək gərginlikli və stressli iş şəraitində effektiv fəaliyyət göstərmək bacarığı
- Komandada işləmək qabiliyyəti
- Minimum 1 illik iş təcrübəsi
Zəhmət olmasa CV-nizi “Tərəzi operatoru. Anbar işçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.