İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- İnzibati binalarda və ərazi daxilində yarana biləcək texniki və infrastruktur problemlərin vaxtında müəyyənləşdirilməsi, təmir və tikinti işlərinin təşkili və həyata keçirilməsi;
- Sanitar qovşaqları, mətbəx, iş otaqları və ümumi istifadə sahələrinin funksional vəziyyətinin daimi izlənilməsi və zəruri hallarda operativ tədbirlərin görülməsi;
- Texniki heyətin (xadimələr və fəhlələr) fəaliyyətinin koordinasiyası və iş bölgüsünün təşkili;
- Dövlət qurumları və kommunal xidmət təminatçıları ilə effektiv əməkdaşlıq qurulması və kommunal xidmətlərin fasiləsizliyinə nəzarət;
- Ofis ləvazimatları və təsərrüfat mallarının sifariş prosesinin idarə olunması, işçilərə təhvil verilməsi və əsas vəsaitlərin uçotunun aparılması;
- Zəruri hesabat və sənədlərin düzgün və vaxtında hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Tələb:
- Ali təhsil (texniki və ya idarəetmə ixtisaslarına üstünlük verilir);
- İnzibati və təsərrüfat işləri sahəsində 1-3 il peşəkar təcrübə;
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı (xüsusilə Excel və Word);
Əlavə tələb:
- Detallara qarşı diqqətli və məsuliyyətli olmaq;
- Komanda mühitində effektiv işləmə bacarığı;
- Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı, operativ və təşəbbüskar yanaşma.
Təklif olunur:
- Nahar ilə təminat;
- Tibbi sığorta paketi;
- Korporativ nömrə və danışıq limiti.
Interested candidates can apply by filling the form in the Apply for job button.