İş yeri: Sumqayıt
Əsas vəzifə öhdəlikləri:
- İstehsalat sahəsində bütün texniki proseslərin (elektrik, mexanika, avtomatlaşdırma) strateji idarə edilməsi və optimallaşdırılması
- Avadanlıqların fasiləsiz işləməsinin təmin olunması, nasazlıqların vaxtında aradan qaldırılması
- Yeni texnologiya və avtomatlaşdırma sistemlərinin tətbiqi, modernizasiya layihələrinin rəhbərliyi
- Texniki departament heyətinin idarə edilməsi, inkişaf planlarının hazırlanması
- Enerji sərfiyyatının və texniki xərclərin optimallaşdırılması, səmərəlilik üzrə təkliflərin hazırlanması
- Təhlükəsizlik standartlarına, sənaye normativlərinə və ISO/GOST/EN kimi beynəlxalq standartlara uyğunluğun təmin edilməsi
- İllik texniki büdcənin, ehtiyat hissələri və servis planlarının hazırlanması və icrası
- Təmir-qrafiklərinin təsdiqi və planlı/preventiv texniki xidmətlərin həyata keçirilməsi
Tələblər:
- Ali texniki təhsil (Elektrik mühəndisliyi, Avtomatlaşdırma, Elektroenergetika və s.)
- Minimum 7 il istehsalat sahəsində təcrübə, o cümlədən rəhbər vəzifədə ən azı 3 il
- Elektrik şəbəkələri, SCADA, PLC, sənaye avtomatlaşdırma sistemləri üzrə güclü biliklər
- Komanda idarəetməsi, qərarvermə və problem həll etmə bacarıqları
- Təhlükəsizlik protokolları və sənaye standartları barədə biliklər
- MS Office, AutoCAD və ya texniki proqram təminatı ilə işləmə bacarığı
Üstünlüklər:
- Enerji idarəetməsi və ya Lean/6 Sigma üzrə biliklər
- Yeni istehsalat xətlərinin qurulması və ya modernizasiya layihələrində iştirak
- Xarici dil bilikləri (rus və ya ingilis)
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 08:00 – 17:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Texniki direktor” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.