Vəzifə Öhdəlikləri
- Texniki ofis komandasını idarə etmək.
- Təyin olunmuş layihələr üzrə həcm cədvəllərini hazırlamaq və yoxlamaq.
- Şirkətin strateji vizyonuna uyğun olaraq daxil olan tenderlərin texniki dəyərləndirilməsində iştirak etmək.
- Layihə çertyojlarını, shop drawing-ləri, as-built çertyojlarını, material təqdimatlarını və metod bəyanatlarını (method statement) nəzərdən keçirmək.
- Tələb olunan icazələrin alınması üçün müvafiq qanunvericilik, standartlara, müştəri tələblərinə və müqavilə öhdəliklərinə uyğunluğu təmin etmək.
- Aylıq iş həcmlərinin təsdiqi üçün Forma 1, 2 və 3-ün hazırlanmasını yoxlamaq və idarə etmək.
- İnspeksiya və testlərin texniki aspektlərinin araşdırılmasında QA/QC komandasına dəstək olmaq.
- Texniki aspektdən variasiyalar, iddialar və dəyişikliklərin qiymətləndirilməsində iştirak etmək.
- Mühəndislik işlərini izləmək və layihə qrafikinə uyğunluğunu nəzarətdə saxlamaq.
- Texniki məsələlərin həlli üçün layihə dizaynerləri, subpodratçılar və daxili şöbələrlə koordinasiya aparmaq.
- Material spesifikasiyaları, təchizatçı dəyərləndirmələri və texniki uyğunluq üzrə satınalma şöbəsi ilə əməkdaşlıq etmək.
- Müştəri nümayəndələri, dövlət qurumları və digər aidiyyəti tərəflərlə texniki məsələlər üzrə əlaqə yaratmaq.
- Tələb olunduqda texniki hesabatlar və digər sənədləri hazırlayıb təqdim etmək.
- Texniki sənədlərin və yazışmaların səliqəli və sistemli şəkildə idarə olunmasını təmin etmək.
Tələblər və bacarıqlar
- Mülki mühəndislik və ya memarlıq üzrə bakalavr dərəcəsi.
- Texniki ofis sahəsində minimum 10 il təcrübə, o cümlədən ən azı 3 il idarəetmə vəzifəsində iş təcrübəsi.
- Mühəndislik standartları, tikinti metodologiyaları və IMS çərçivəsi üzrə geniş bilik.
- Detallara yüksək diqqət və çoxsaylı prioritetləri idarə etmək bacarığı.
- Əla ünsiyyət, liderlik və problem həll etmə bacarığı.
- Analitik düşüncə, qərarvermə qabiliyyəti, dəqiqlik və uyğunluğa fokuslanma.
- MS Office, AutoCAD, Tekla, Revit, Primavera P6, BIM (üstünlük verilir).
Əmək şəraiti:
- İş cədvəli: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı 6000 AZN +
Maraqlanan namizədlər Müraciət et düyməsindəki formu dolduraraq müraciət edə bilərlər.