C Company
  • 259

Company

Other

Texniki ofis meneceri (İnşaat)

Texniki ofis meneceri (İnşaat)

  • Deadline 2 January 2026

Vəzifə Öhdəlikləri

  • Texniki ofis komandasını idarə etmək.
  • Təyin olunmuş layihələr üzrə həcm cədvəllərini hazırlamaq və yoxlamaq.
  • Şirkətin strateji vizyonuna uyğun olaraq daxil olan tenderlərin texniki dəyərləndirilməsində iştirak etmək.
  • Layihə çertyojlarını, shop drawing-ləri, as-built çertyojlarını, material təqdimatlarını və metod bəyanatlarını (method statement) nəzərdən keçirmək.
  • Tələb olunan icazələrin alınması üçün müvafiq qanunvericilik, standartlara, müştəri tələblərinə və  müqavilə öhdəliklərinə uyğunluğu təmin etmək.
  • Aylıq iş həcmlərinin təsdiqi üçün Forma 1, 2 və 3-ün hazırlanmasını yoxlamaq və idarə etmək.
  • İnspeksiya və testlərin texniki aspektlərinin araşdırılmasında QA/QC komandasına dəstək olmaq.
  • Texniki aspektdən variasiyalar, iddialar və dəyişikliklərin qiymətləndirilməsində iştirak etmək.
  • Mühəndislik işlərini izləmək və layihə qrafikinə uyğunluğunu nəzarətdə saxlamaq.
  • Texniki məsələlərin həlli üçün layihə dizaynerləri, subpodratçılar və daxili şöbələrlə koordinasiya aparmaq.
  • Material spesifikasiyaları, təchizatçı dəyərləndirmələri və texniki uyğunluq üzrə satınalma şöbəsi ilə əməkdaşlıq etmək.
  • Müştəri nümayəndələri, dövlət qurumları və digər aidiyyəti tərəflərlə texniki məsələlər üzrə əlaqə yaratmaq.
  • Tələb olunduqda texniki hesabatlar və digər sənədləri hazırlayıb təqdim etmək.
  • Texniki sənədlərin və yazışmaların səliqəli və sistemli şəkildə idarə olunmasını təmin etmək.

Tələblər və bacarıqlar

  • Mülki mühəndislik və ya memarlıq üzrə bakalavr dərəcəsi.
  • Texniki ofis sahəsində minimum 10 il təcrübə, o cümlədən ən azı 3 il idarəetmə vəzifəsində iş təcrübəsi.
  • Mühəndislik standartları, tikinti metodologiyaları və IMS çərçivəsi üzrə geniş bilik.
  • Detallara yüksək diqqət və çoxsaylı prioritetləri idarə etmək bacarığı.
  • Əla ünsiyyət, liderlik və problem həll etmə bacarığı.
  • Analitik düşüncə, qərarvermə qabiliyyəti, dəqiqlik və uyğunluğa fokuslanma.
  • MS Office, AutoCAD, Tekla, Revit, Primavera P6, BIM (üstünlük verilir).

Əmək şəraiti:

  • İş cədvəli: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı 6000 AZN +

Maraqlanan namizədlər Müraciət et düyməsindəki formu dolduraraq müraciət edə bilərlər.

  • Daily104
  • Weekly549
  • Monthly549