Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən klinikalarımız üçün baş tibb bacısı axtarışındayıq. Aşağıdakı tələblərə uyğun şəxslər mövzu hissəsində “Baş tibb bacısı” qeyd etməklə, CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-ünvanına göndərə bilər.
İş barədə:
- Bölmənin işini təşkil və idarə etmək, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
- Tibb bacılarının və xadimələrin işinə nəzarət etmək
- Tabeliyində olan işçi heyətini maarifləndirilmək və fəaliyyətini qiymətləndirmək
- Tibb otaqlarının müayinəyə/müalicəyə hazırlanmasını təşkil və təmin etmək
- Klinika, o cümlədən ümumi inzibati binanın təmizlik işini etmək
- Sterilizasiya işini təşkil etmək, sterilizasiya otağını nəzarətdə saxlamaq
- Tibbi anbarı idarə etmək, mal-materialların anbara qəbulunu, çıxışını, uçotunu, bölgüsünü, işlənilməsi, saxlanılması müvafiq tələblərə uyğun təmin etmək
- İşi ilə bağlı müvafiq periodik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
- İş rejimi: həftənin 6 günlük
- Dövrü performans göstəricilərinə uyğun mükafat sistemi
Namizədə tələblər:
- Sahə üzrə minimum orta ixtisas təhsili
- Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi
- Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik
- Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək
- Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış
- Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür
- Əsas MS Office proqramlarında sərbəst işləmə bacarığı
- İdarəetmə, komandada işləmə bacarığı