Ünvan: Sumqayıt şəh., 6-cı mkr., 35C
Əlaqə: +994502352434
İş barədə:
- Müxtəlif tibb müəssisələrində görüşlərin planlanması və müvafiq olaraq təqdimatların edilməsi.
- Laboratoriyanın xidmət portfelinin satışı və yeni müqavilələrin bağlanması üzrə müvafiq iş planlamasının hazırlanması və üst rəhbərliyə təsdiq üçün təqdim olunması. (Korporativ və fərdi göndərişlər üzrə)
- Korporativ partnyorlardan gələn sorğuların cavablandırılması və ortaya çıxan məsələlərin rəhbərliyin dəstəyi ilə ən qısa zamanda həll olunması.
- Fərdi göndərişlər üzrə partnyor həkimlərlə fəaliyyətin idarə olunması.
- Cari korporativ partnyorları müvafiq plana uyğun ziyarət etmək və yeni məlumat və sorğuların toplanması, email və rəhbərliyə təqdimatını reallaşdırmaq.
- Xidmətlər haqqında partnyorlara düzgün informasiyanı ötürmək;
- Müəssisə rəhbərliyinin tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;
- İş rejimi: həftənin 6 günü, 09:00 - 17:00;
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş ünvanı: Sumqayıt şəhəri.
Namizədə tələblər:
- Tibbi təhsil (ali təhsili olanlara üstünlük veriləcək);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Xarici görünüş və geyim səliqəli olmalı;
- Komandada işləmək bacarığı;
- Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli;
- Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkillə birlikdə Müraciət Et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tibbi işlər üzrə menecer” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.