C Company
  • 448

Company

Digər

Tur Meneceri

  • Deadline 9 Noyabr 2025

Vəzifə öhdəlikləri:

  • Müxtəlif istiqamətlər üzrə tur paketlərinin hazırlanması və satışı;
  • Müştərilərlə birbaşa əlaqə qurmaq, turlar və xidmətlər barədə dolğun məlumat vermək;
  • Otel, aviabilet, transfer və digər xidmətlərin bronlaşdırılması;
  • Müştərilərə peşəkar məsləhətlərin verilməsi və seçim prosesində dəstək;
  • Müştəri bazasının idarə olunması və genişləndirilməsi;
  • Turların gedişatına nəzarət və müştəri məmnuniyyətinin təmin olunması;
  • B2C və B2B tərəfdaşlarla effektiv əməkdaşlıq;
  • Müştəri məmnuniyyətinin davamlı şəkildə təmin edilməsi;
  • Korporativ müştərilər üçün xüsusi tur paketlərinin hazırlanmasında iştirak;
  • Həm daxili və həm də xarici müştərilərə vaxtında və nəzakətli xidmətin göstərilməsi;
  • Həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq;
  • Fəaliyyət planının hazırlanması və sağlam biznes təcrübələri vasitəsilə beynəlxalq operatorlardan, səyahət agentlərindən və iri həcmli tur şirkətlərindən yeni biznes imkanları əldə etmək;
  • Həm ölkədaxili, həm də ölkəxarici ticarətlə bağlı təşkilatlar çərçivəsində ticarət sərgilərinə, müşavirələrə və reklam tədbirlərinə qatılmaq;

Tələblər:

  • Ali təhsil; (turizm arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; (turizm sahəsində olması mütləqdir)
  • Səlis Azərbaycan, Rus və İngilis dillərini bilmək; (mütləqdir)
  • Microsoft office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Tur paketləri, viza dəstəyi və istiqamətlər üzrə dərin məlumatlılıq;
  • Xarici ölkələrə səfər edə bilmək;
  • Otel və aviabilet bronlaşdırma sistemləri ilə (Amadeus, Galileo, Sabre və s.) işləmə bacarığı;
  • Yüksək səviyyədə təqdimat və danışıq bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqları aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş qrafiki:

  • İş yeri: Bakı şəhəri
  • İş günü: həftədə 5 gün
  • İş saatları: 09:00 -18:00 
  • Əmək haqqı: 1500 AZN + bonus (10%)
  • Müntəzəm xarici ezamiyyətlər 
  • Peşəkar inkişaf, karyera yüksəlişi imkanı
  • Dinamik və dəstəkçi iş mühiti

Maraqlanan və tələb olunan kriteriyalara cavab verən namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd etməklə) təqdim etməlidirlər: 

  • Daily0
  • Weekly107
  • Monthly1124