Vergi mühasibi

  • Deadline 28 Oktyabr 2026

Vəzifə öhdəlikləri:

  • Müvafiq qanunvericiliyin və şirkətin daxili siyasətlərinin tələblərinə uyğun olaraq mühasibat uçotunun düzgün və tam aparılmasını təmin etmək;
  • Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və onlara nəzarət etmək;
  • Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq və yoxlamaq;
  • Debitor və kreditor borclarının uçotunu aparmaq;
  • Vergi bəyannamələrini və dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatları hazırlamaq;
  • Əmək haqqının, məzuniyyət ödənişlərinin, ezamiyyə xərclərinin və işçilərlə bağlı digər ödənişlərin hesablanmasını həyata keçirmək;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və inventarın mühasibat uçotunu aparmaq;
  • İdxal və ixrac əməliyyatlarını uçota almaq və malların/xidmətlərin maya dəyərini hesablamaq;
  • Maliyyə hesabatlarının (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı) hazırlanmasında iştirak etmək;
  • Vergi orqanlarının və digər dövlət qurumlarının sorğularını cavablandırmaq, müvafiq yazışmaları aparmaq;
  • ERP sistemləri, 1C və dövlət elektron portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə ilə bağlı tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili;
  • Mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
  • 1C 8.3, ERP sistemləri və Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • ACCA imtahanlarının mövcudluğu üstünlük hesab olunur;
  • Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət, dürüstlük və işləri səmərəli şəkildə icra etmək bacarığı;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
  • Tikinti sahəsində iş təcrübəsi əlavə üstünlük hesab olunur.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • Ünvan: Ağ şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily130
  • Weekly599
  • Monthly240