Qrup şirkətlər üzrə mühasiblərin apardığı vergi uçotu və hesabatlarının düzgünlüyünə nəzarət etmək, vergi risklərini vaxtında aşkarlamaq və minimuma endirmək.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq, maliyyə və digər departamentlərlə vergi məsələləri üzrə koordinasiyanın təmin edilməsi;
- Vergi öhdəliklərinin (gəlir, mənfəət, ƏDV, sadələşdirilmiş və s.) düzgün hesablanmasına nəzarət;
- Mühasiblər tərəfindən hazırlanmış bəyannamələrin, e-qaimələrin və vergi hesabatlarının audit edilməsi;
- Vergi risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
- Vergi yükünün qanunvericilik çərçivəsində optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Faktiki vergi ödənişlərinin planlaşdırılan göstəricilərlə müqayisəsi;
- Vergi fərqlərinin təhlili, səbəblərinin araşdırılması və bununla bağlı hesabatların hazırlanması;
- Proqnozlaşdırılan vergi və maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Vergi orqanları ilə yazışmaların aparılması və yoxlamalar zamanı müəssisənin təmsil edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Vergi/mühasibat sertifikatları üstünlükdür (ACCA, PMS, DipIFR və s.)
- Vergi sahəsində (vergi yoxlamaları və vergi orqanları ilə) minimum 3 il iş təcrübəsi;
- Məntiqi və analitik düşüncə;
- 1C 8.3, E-taxes, e-qaimə, e-faktura proqramlarında işləmə bacarığı;
- MS Office proqramları biliyi (xüsusilə Excel).
- Yüksək məsuliyyət və prinsipiallıq
- Detallara diqqət
- Müstəqil qərarvermə
- Mühasiblərlə konstruktiv, amma tələbkar ünsiyyət bacarığı
- Məxfi məlumatlarla işləmə etibarlılığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.