C Company

Company

Other

Vergi mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vergi mütəxəssisi

  • Истекает 19 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qrup şirkətlər üzrə mühasiblərin apardığı vergi uçotu və hesabatlarının düzgünlüyünə nəzarət etmək, vergi risklərini vaxtında aşkarlamaq və minimuma endirmək.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq, maliyyə və digər departamentlərlə vergi məsələləri üzrə koordinasiyanın təmin edilməsi;
  • Vergi öhdəliklərinin (gəlir, mənfəət, ƏDV, sadələşdirilmiş və s.) düzgün hesablanmasına nəzarət;
  • Mühasiblər tərəfindən hazırlanmış bəyannamələrin, e-qaimələrin və vergi hesabatlarının audit edilməsi;
  • Vergi risklərinin müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
  • Vergi yükünün qanunvericilik çərçivəsində optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Faktiki vergi ödənişlərinin planlaşdırılan göstəricilərlə müqayisəsi;
  • Vergi fərqlərinin təhlili, səbəblərinin araşdırılması və bununla bağlı hesabatların hazırlanması;
  • Proqnozlaşdırılan vergi və maliyyə hesabatlarının hazırlanması və təhlili;
  • Vergi orqanları ilə yazışmaların aparılması və yoxlamalar zamanı müəssisənin təmsil edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Vergi/mühasibat sertifikatları üstünlükdür (ACCA, PMS, DipIFR və s.)
  • Vergi sahəsində (vergi yoxlamaları və vergi orqanları ilə) minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşüncə;
  • 1C 8.3, E-taxes, e-qaimə, e-faktura proqramlarında işləmə bacarığı; 
  • MS Office proqramları biliyi (xüsusilə Excel).
  • Yüksək məsuliyyət və prinsipiallıq
  • Detallara diqqət
  • Müstəqil qərarvermə
  • Mühasiblərlə konstruktiv, amma tələbkar ünsiyyət bacarığı
  • Məxfi məlumatlarla işləmə etibarlılığı

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly111
  • Monthly1543