İş təcrübəsi üzrə tələblər:
- Tabeliyində olan mühasiblərin bir neçə şirkət üzrə işlərinin koordinasiya edilməsi
- Mühasibatlıq proqramının (1C 8.3) düzgün konfiqurasiya edilməsinə nəzarət
- Dövri əməliyyatların mühasibatlıq proqramına müntəzəm qaydada daxil edilməsinə nəzarət
- Vergi bəyannamələrinin və digər hesabatların hazırlanmasına nəzarət
- Şirkətlərin gündəlik bank, alqı-satqı, gömrük əməliyyatlarının mühasiblər tərəfindən düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət
- Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması
- Vergi və mühasibatlıqla bağlı məsləhət xidmətlərinin vaxtında və düzgün icra edilməsi
- Rəhbərliyin tələbinə əsasən hesabatların və maliyyə təhlillərinin hazırlanması
Digər tələblər:
- Ali iqtisadi təhsil
- Baş mühasib və ya oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi
- 1 C 8.3-də işləmə bacarığı
- Ms. Office programları, Excel yüksək səviyyədə
- Mühasibatlıq və vergi qanunvericiliyi sahəsində biliklərin olması
- Komanda ilə işləmə bacarığının olması
- Məsuliyyətlilik
Şirkətimiz müxtəlif şirkətlərə vergi, mühasibatlıq, audit və s. məsləhət xidmətləri göstərməkdədir. Maraqlananlardan xahiş olunur aşağıdakı emailə əmək haqqı gözləntilərini və müraciət etdikləri vakansiyanı qeyd etməklə CV-lərini göndərsinlər.