Xadimə

  • Deadline 19 November 2026

Ofisə xadimə tələb olunur (səhər saatlarında)

Ofisimizin təmizliyini təmin etmək və əməkdaşlar üçün səhər çayı hazırlamaq məqsədilə məsuliyyətli, səliqəli və diqqətli xadimə axtarırıq.

Əsas vəzifələr:

  • Səhər saatlarında ofisin gündəlik təmizliyini həyata keçirmək;
  • Mətbəxin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək;
  • Mebel, qapı və şüşə arakəsmələrin səthlərini təmizləmək;
  • Zibilləri atmaq və zibil torbalarını dəyişmək;
  • Sabun, kağız dəsmal və digər gigiyena vasitələrinin vaxtında təmin edilməsinə nəzarət etmək;
  • Əməkdaşlar üçün səhər çayı hazırlamaq və mətbəxi səliqəyə salmaq;
  • Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək, çatışmazlıqlar barədə məlumat vermək.

Namizədə qoyulan tələblər:

  • Xadimə və ya təmizlik sahəsində minimum 1 il iş təcrübəsi;
  • Səliqəlilik, məsuliyyət və punktuallıq;
  • Ofis təmizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq;
  • Təmizlik vasitələrindən düzgün istifadə bacarığı;
  • Diqqətli, nəzakətli olmaq və məxfiliyə riayət etmək;
  • Rus dili biliyi arzuolunandır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ağ Şəhər;
  • İş qrafiki: səhər saatlarında qismən məşğulluq. Təmizlik və çay hazırlığı tamamlandıqdan sonra iş günü başa çatır;
  • İş saatları müsahibə zamanı dəqiqləşdiriləcək;
  • Əməkhaqqı: 500 AZN.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily101
  • Weekly233
  • Monthly1654