Ofisə xadimə tələb olunur (səhər saatlarında)
Ofisimizin təmizliyini təmin etmək və əməkdaşlar üçün səhər çayı hazırlamaq məqsədilə məsuliyyətli, səliqəli və diqqətli xadimə axtarırıq.
Əsas vəzifələr:
- Səhər saatlarında ofisin gündəlik təmizliyini həyata keçirmək;
- Mətbəxin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək;
- Mebel, qapı və şüşə arakəsmələrin səthlərini təmizləmək;
- Zibilləri atmaq və zibil torbalarını dəyişmək;
- Sabun, kağız dəsmal və digər gigiyena vasitələrinin vaxtında təmin edilməsinə nəzarət etmək;
- Əməkdaşlar üçün səhər çayı hazırlamaq və mətbəxi səliqəyə salmaq;
- Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək, çatışmazlıqlar barədə məlumat vermək.
Namizədə qoyulan tələblər:
- Xadimə və ya təmizlik sahəsində minimum 1 il iş təcrübəsi;
- Səliqəlilik, məsuliyyət və punktuallıq;
- Ofis təmizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq;
- Təmizlik vasitələrindən düzgün istifadə bacarığı;
- Diqqətli, nəzakətli olmaq və məxfiliyə riayət etmək;
- Rus dili biliyi arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Ağ Şəhər;
- İş qrafiki: səhər saatlarında qismən məşğulluq. Təmizlik və çay hazırlığı tamamlandıqdan sonra iş günü başa çatır;
- İş saatları müsahibə zamanı dəqiqləşdiriləcək;
- Əməkhaqqı: 500 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.