İş yeri: Bakı
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Tibbi avadanlıqların xarici satınalma prosesində iştirak etmək;
- Xarici tədarükçülərlə danışıqlar aparmaq, müqavilələrin bağlanmasını və icrasını nəzarətdə saxlamaq;
- Tibbi avadanlıqlar bazarında araşdırma aparmaq, yeni və etibarlı tədarükçüləri müəyyənləşdirmək;
- Gömrük prosedurları və logistika ilə bağlı işləri koordinasiya etmək;
- Tibbi təchizatçılarla uzunmüddətli və effektiv əməkdaşlıq qurmaq;
- Satınalma əməliyyatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil (Bakalavr)
- Tibb sahəsində satınalma təcrübəsi üstünlükdür
- Tibbi avadanlıqlar və tibb bazarı haqqında geniş biliklər;
- Beynəlxalq satınalma və tender platformalarında təcrübə;
- İngilis dili mükəmməl səviyyədə (danışıq və yazışma bacarıqları vacibdir);
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşüncə, müqayisəli təhlil və qərarvermə bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarıqları;
- Məsuliyyətli, detallara diqqətli və təşəbbüskar yanaşma.