Xərclərə Nəzarət üzrə Menecer
Əsas vəzifə öhdəlikləri:
- İllik büdcənin hazırlanması, proqnozlaşdırma və yenidən proqnozlaşdırma proseslərinə rəhbərlik etmək və ya bu prosesləri dəstəkləmək;
- Büdcə icrasını mütəmadi izləmək, faktiki və plan göstəriciləri arasındakı fərqləri təhlil etmək və riskləri proaktiv şəkildə idarə etmək;
- Müəssisələr və bölmələr arasında xərc bölgüsünün dəqiq, əsaslandırılmış və şəffaf şəkildə aparılmasını təmin etmək;
- Səmərəli qərar qəbuletməni təmin etmək məqsədilə əməliyyat rəhbərləri (MM, inzibati işlər, avtomobil parkı, satınalma və s.) ilə sıx əməkdaşlıq etmək;
- Biznesin davamlılığını qorumaq məqsədilə fərziyyələrə və xərc təkliflərinə konstruktiv yanaşmaq və zəruri hallarda əsaslandırılmış etirazlar irəli sürmək;
- İnvestisiya təşəbbüslərini xərc, geriödəmə müddəti və gəlirlilik təhlili ilə dəstəkləmək;
- Xərc tendensiyaları, risklər və optimallaşdırma imkanları barədə yüksək rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
- Təkrarlanan səmərəsizlik halları və struktur problemləri müəyyən edərək, xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
Vəzifənin ilkin tələbləri:
- ACCA, CIMA, CPA və ya CFA sertifikatlarından ən azı birinə sahib olmaq;
- İcraçı rəhbərlik, İdarəetmə Komitələri və ya korporativ idarəetmə strukturları ilə iş təcrübəsi (üstünlükdür);
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Yüksək təqdimat və ünsiyyət bacarıqları.
Maraqlanan namizədlərdən xahiş olunur ki, “Xərclərə Nəzarət üzrə Menecer” vəzifəsinin adını e-mailin mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq CV-lərini göndərsinlər.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Cost Control Manager
Key Responsibilities:
- Lead or support the preparation of the annual budget, forecasting, and reforecasting processes;
- Monitor budget execution, analyze variances between actual and planned figures, and proactively manage risks;
- Ensure accurate, justified, and transparent cost allocation across entities and departments;
- Closely collaborate with operational managers (MM, administrative, fleet, procurement, etc.) to support effective decision-making;
- Constructively challenge assumptions and cost proposals to ensure business sustainability;
- Support investment initiatives through cost analysis, payback period calculations, and profitability analysis;
- Provide regular reports to senior management on cost trends, risks, and optimization opportunities;
- Identify recurring inefficiencies and structural issues, and propose cost optimization improvements.
Job Requirements:
- ACCA, CIMA, CPA, or CFA certification (at least one required);
- Experience working with Executive Management, Management Committees, or corporate governance structures is an advantage;
- Strong knowledge of MS Office applications (especially Excel and PowerPoint);
- Minimum 5 years of relevant professional experience;
- Fluency in Azerbaijani and Russian (both written and spoken);
- Higher education degree in a relevant field;
- Strong analytical and problem-solving skills;
- Strong presentation and communication skills.
Interested candidates can apply by filling out the form in the Apply for job button.
Please note that only shortlisted candidates will be contacted.