İş şəraiti
- Ünvan - Bakı
- İş qrafiki - tam gün
- Ənıkhaqqı - razılaşma yolu ilə
Vəzifə öhdəlikləri
- Yanğın təhlükəsizliyi üzrə layihələrin texniki və maliyyə baxımından qiymətləndirilməsi;
- Layihə çertyojlarının, texniki spesifikasiyaların və BOQ-ların (Bill of Quantities) təhlili;
- Yanğın siqnalizasiya sistemləri, tüstü və istilik detektorları, yanğın siqnalizasiya panelləri, modul sistemlər və digər avadanlıqlar üzrə düzgün avadanlıq seçiminin aparılması;
- Layihə üzrə tələb olunan avadanlıq və materialların miqdarının hesablanması;
- Material və avadanlıqların qiymətlərinin araşdırılması və ilkin smetanın hazırlanması;
- Quraşdırma, kabel, montaj və digər işlərin əmək və material xərclərinin hesablanması;
- Layihənin ümumi maya dəyərinin və təklif qiymətinin formalaşdırılmasında iştirak;
- Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Tender və kommersiya təklifləri üçün texniki-maliyyə məlumatlarının hazırlanması;
- Layihə üzrə mümkün əlavə xərclərin və risklərin əvvəlcədən müəyyənləşdirilməsi;
- Satınalma, mühəndislik və satış şöbələri ilə koordinasiyalı iş.
Namizədə tələblər
- Ali texniki və ya mühəndislik təhsili;
- Yanğın təhlükəsizliyi, elektrik, avtomatika, zəif axın sistemləri və ya əlaqəli sahədə iş təcrübəsi;
- Yanğın siqnalizasiya sistemləri üzrə bilik;
- Detektorlar, yanğın siqnalizasiya panelləri, sirenlər, manual çağırış düymələri, modul və digər yanğın təhlükəsizliyi avadanlıqları haqqında anlayış;
- Texniki layihələri və çertyojları oxuma bacarığı;
- AutoCAD proqramında işləmək bacarığı
- MS Excel proqramında yaxşı səviyyədə işləmək;
- BOQ və texniki spesifikasiyalarla işləmə bacarığı;
- Hesablama və analitik düşünmə qabiliyyəti;
- Qiymət araşdırması və kommersiya təkliflərinin hazırlanması üzrə bacarıq;
- Diqqətli, məsuliyyətli və detallara yönümlü olmaq;
- Komandada işləmək bacarığı.
Əlavə üstünlüklər
- Yanğın təhlükəsizliyi sistemləri üzrə 2+ il iş təcrübəsi;
- Real layihələrin smeta və qiymətləndirilməsində təcrübə;
- Tender sənədlərinin hazırlanması üzrə təcrübə;
- NFPA, EN və digər yanğın təhlükəsizliyi standartları haqqında məlumat;
- Zəif axın (Low Current) sistemləri üzrə əlavə bilik;
- İngilis və ya rus dilində texniki sənədləri oxuya bilmək.
Zəhmət olmasa CV-nizi "Yanğın Təhlükəsizliyi Layihələrinin Qiymətləndirilməsi üzrə Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.