Yanğın Təhlükəsizliyi Layihələrinin Qiymətləndirilməsi üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yanğın Təhlükəsizliyi Layihələrinin Qiymətləndirilməsi üzrə Mütəxəssis

  • Deadline 21 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Ünvan - Bakı
  • İş qrafiki - tam gün 
  • Ənıkhaqqı - razılaşma yolu ilə

Vəzifə öhdəlikləri

  • Yanğın təhlükəsizliyi üzrə layihələrin texniki və maliyyə baxımından qiymətləndirilməsi; 
  • Layihə çertyojlarının, texniki spesifikasiyaların və BOQ-ların (Bill of Quantities) təhlili; 
  • Yanğın siqnalizasiya sistemləri, tüstü və istilik detektorları, yanğın siqnalizasiya panelləri, modul sistemlər və digər avadanlıqlar üzrə düzgün avadanlıq seçiminin aparılması; 
  • Layihə üzrə tələb olunan avadanlıq və materialların miqdarının hesablanması; 
  • Material və avadanlıqların qiymətlərinin araşdırılması və ilkin smetanın hazırlanması; 
  • Quraşdırma, kabel, montaj və digər işlərin əmək və material xərclərinin hesablanması; 
  • Layihənin ümumi maya dəyərinin və təklif qiymətinin formalaşdırılmasında iştirak; 
  • Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi; 
  • Tender və kommersiya təklifləri üçün texniki-maliyyə məlumatlarının hazırlanması; 
  • Layihə üzrə mümkün əlavə xərclərin və risklərin əvvəlcədən müəyyənləşdirilməsi; 
  • Satınalma, mühəndislik və satış şöbələri ilə koordinasiyalı iş. 

Namizədə tələblər

  • Ali texniki və ya mühəndislik təhsili; 
  • Yanğın təhlükəsizliyi, elektrik, avtomatika, zəif axın sistemləri və ya əlaqəli sahədə iş təcrübəsi; 
  • Yanğın siqnalizasiya sistemləri üzrə bilik
  • Detektorlar, yanğın siqnalizasiya panelləri, sirenlər, manual çağırış düymələri, modul və digər yanğın təhlükəsizliyi avadanlıqları haqqında anlayış; 
  • Texniki layihələri və çertyojları oxuma bacarığı; 
  • AutoCAD proqramında işləmək bacarığı 
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək; 
  • BOQ və texniki spesifikasiyalarla işləmə bacarığı; 
  • Hesablama və analitik düşünmə qabiliyyəti; 
  • Qiymət araşdırması və kommersiya təkliflərinin hazırlanması üzrə bacarıq; 
  • Diqqətli, məsuliyyətli və detallara yönümlü olmaq; 
  • Komandada işləmək bacarığı. 

Əlavə üstünlüklər

  • Yanğın təhlükəsizliyi sistemləri üzrə 2+ il iş təcrübəsi
  • Real layihələrin smeta və qiymətləndirilməsində təcrübə; 
  • Tender sənədlərinin hazırlanması üzrə təcrübə; 
  • NFPA, EN və digər yanğın təhlükəsizliyi standartları haqqında məlumat; 
  • Zəif axın (Low Current) sistemləri üzrə əlavə bilik; 
  • İngilis və ya rus dilində texniki sənədləri oxuya bilmək.

Zəhmət olmasa CV-nizi "Yanğın Təhlükəsizliyi Layihələrinin Qiymətləndirilməsi üzrə Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily118
  • Weekly388
  • Monthly2102