Concept Consulting and Management Concept Consulting and Management
  • 299

Korporativ Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis

  • Deadline 8 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə "Korporativ Satış və Müştəri Əlaqələri üzrə Mütəxəssis" tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Şirkətin restoran və keytrinq xidmətlərini korporativ müştərilərə təqdim etmək və satış imkanları yaratmaq;
  • Yeni korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
  • Mövcud korporativ müştərilərlə mütəmadi əlaqə saxlamaq, onların ehtiyaclarını, təklif və şikayətlərini öyrənmək;
  • Müştərilərdən daxil olan müraciətlərin operativ həllini təmin etmək və aidiyyəti şöbələrlə koordinasiyanı təşkil etmək;
  • Müqavilələrin hazırlanması prosesində iştirak etmək və onların icrasına nəzarət etmək;
  • Korporativ tədbir və keytrinq layihələrinin planlaşdırılması, təşkili və icrasına nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
  • Satış hədəflərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmək;
  • Görülən işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri izləmək və yeni satış imkanlarını müəyyən etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Korporativ satış, B2B satış və ya müştəri münasibətlərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Güclü təqdimat, satış və ünsiyyət bacarıqları;
  • Danışıqlar aparmaq və müştəri münasibətlərini idarə etmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər CV-lərini vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily117
  • Weekly511
  • Monthly911