C Concept Consulting and Management
  • 728

Concept Consulting and Management

Digər

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 23 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Aparıcı Mühasib” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin fəaliyəti ilə əlaqəli bütün fəaliyyətlərin mühasibat uçotunda düzgün əks olunmasını təmin etmək;
  • Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Elektron Qaimə Faktruralarım mühasibatlıq sistemində düzgün əks ettirilməsinin təmin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə planlarının çıxarılması və icrası;
  • Müştəri hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Tələblər

  • İqtisadiyyat, maliyyə və müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibatlıq prinsiplərini, müxabirləşmələrini və uçot əməliyyatlarını mükəmməl bilmək;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi (iaşə xidməti sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • İİKO proqram üzrə istifadə biliyini olması arzu olunandır;
  • Disiplinli, komanda ilə işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Planlama bacarığı.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
  • Əmək haqqı 1300 - 1800 AZN, namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV’lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər

  • Daily13
  • Weekly576
  • Monthly2289