Avtomatika üzrə mühəndis

  • Истекает 12 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə mühəndis

Namizədə olan tələblər

  • Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3 il iş təcrübəsi;
  • SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi;
  • PLC proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər;
  • Elektrik və avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN);
  • Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə biliklər;
  • Sınaqların aparılması və istismara vermə (commissioning) prosesində praktiki təcrübə;
  • Texniki tapşırıq, funksional təsvir və istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı;
  • Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya bacarığı.

Vəzifə öhdəlikləri

  • Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin həyata keçirilməsi;
  • Qurğuların və avadanlıqların diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması;
  • Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin edilməsi;
  • Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi prosesində iştirak.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily40
  • Weekly128
  • Monthly986