Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə mühəndis
Namizədə olan tələblər
- Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3 il iş təcrübəsi;
- SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi;
- PLC proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər;
- Elektrik və avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN);
- Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə biliklər;
- Sınaqların aparılması və istismara vermə (commissioning) prosesində praktiki təcrübə;
- Texniki tapşırıq, funksional təsvir və istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı;
- Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya bacarığı.
Vəzifə öhdəlikləri
- Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin həyata keçirilməsi;
- Qurğuların və avadanlıqların diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması;
- Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin edilməsi;
- Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi prosesində iştirak.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.