Vəzifə öhdəlikləri
- Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
- İT sektorunda xarici təchizat bazarının daim araşdırılması, xərclərin və təchizat şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların tapılması;
- Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
- Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
- Şirkətin satınalma əmrlərinə nəzarət etmək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
- Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
- Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
- Təchizatla bağlı iclaslarda iştirak etmək;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
- Tələb olunduqda daşınma və gömrük işlərində yardım göstərmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Oxşar vəzifə öhdəlikləri üzrə azı 3 il iş təcrübəsi;
- Təşkilatçılıq bacarığı;
- Sərbəst qərar verə bilmək bacarığı;
- İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
- Kompüter biliyi: MS Office;
- Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq və yazışma.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını “Xarici Satınalmalar üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.