SƏTƏM mütəxəsisi

  • Deadline 4 Dekabr 2026

CONNEX MMC həyata keçirdiyi layihələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarətin təmin edilməsi məqsədilə SƏTƏM mütəxəssisi vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Layihə sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət;
  • İş sahələrində risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
  • İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılması və fərdi mühafizə vasitələrindən istifadəyə nəzarət;
  • SƏTƏM üzrə müvafiq sənədləşmənin və hesabatların aparılması;
  • Təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin təşkili.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti və montaj layihələrində iş təcrübəsinə üstünlük verilir;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblərə dair biliklər;
  • Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
  • SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması,

İş yeri: Əsasən şirkətin layihələrinin həyata keçirildiyi ərazilər.

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily118
  • Weekly564
  • Monthly565