CONNEX MMC həyata keçirdiyi layihələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarətin təmin edilməsi məqsədilə SƏTƏM mütəxəssisi vəzifəsinə işçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Layihə sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət;
- İş sahələrində risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
- İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılması və fərdi mühafizə vasitələrindən istifadəyə nəzarət;
- SƏTƏM üzrə müvafiq sənədləşmənin və hesabatların aparılması;
- Təhlükəsizlik qaydalarının pozulması hallarının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin təşkili.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti və montaj layihələrində iş təcrübəsinə üstünlük verilir;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə qanunvericilik və normativ tələblərə dair biliklər;
- Məsuliyyətli, diqqətli və operativ qərarvermə bacarığı;
- SƏTƏM sahəsi üzrə tələb olunan müvafiq sertifikatların olması,
İş yeri: Əsasən şirkətin layihələrinin həyata keçirildiyi ərazilər.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.