Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin 1 C 8.3 proqramında işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək
- Mal-material kodlarının açılması
- Sifarişlərin yoxlanılması
- Əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək, ammortizasiyaların işlənilməsi.
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
- sənədlərin formalaşdırılması: malların və materialların hərəkətini izləmək
- Fomra-2-lərlə iş, Podratçılara verilmiş mal-material qalıqlarının yoxlanılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
Namizədə olan tələblər:
- Microsoft Excel, Microsoft Word, 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı
İş şəraitimiz:
- İş qrafiki : 5 günlük;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən olunur)
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərməkləri xahiş olunur