Rəhbərliyin gündəlik fəaliyyətinin səmərəli təşkilini təmin edəcək, yüksək məsuliyyət hissinə və təşkilatçılıq bacarığına malik Personal Assistant axtarırıq.
Vəzifə öhdəlikləri:
- Rəhbərliyin iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və koordinasiyası;
- Daxil olan telefon zənglərinin, elektron məktubların və digər yazışmaların idarə edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların icrasının təşkili və icra vəziyyətinin mütəmadi izlənilməsi;
- Rəsmi məktubların hazırlanması, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
- İclasların təşkili, protokolların hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət;
- Şirkətə gələn qonaqların qarşılanması və görüşlərin təşkil olunması;
- Sənəd dövriyyəsinin düzgün aparılması və inzibati proseslərə dəstək göstərilməsi;
- Rəhbərliyin gündəlik fəaliyyətindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- İngilis dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür);
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Vaxtın düzgün idarə olunması və planlama bacarığı;
- Məsuliyyətli, diqqətli və məxfilik prinsipinə riayət edən olmaq;
- Ezamiyyətlərdə iştirak etmək imkanı;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini "Personal Assistant" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.