Core Construction Core Construction
  • 728

Personal Assistant (Şəxsi Köməkçi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Personal Assistant (Şəxsi Köməkçi)

  • Истекает 15 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Rəhbərliyin gündəlik fəaliyyətinin səmərəli təşkilini təmin edəcək, yüksək məsuliyyət hissinə və təşkilatçılıq bacarığına malik Personal Assistant axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Rəhbərliyin iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və koordinasiyası;
  • Daxil olan telefon zənglərinin, elektron məktubların və digər yazışmaların idarə edilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqların icrasının təşkili və icra vəziyyətinin mütəmadi izlənilməsi;
  • Rəsmi məktubların hazırlanması, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi;
  • İclasların təşkili, protokolların hazırlanması və qəbul edilmiş qərarların icrasına nəzarət;
  • Şirkətə gələn qonaqların qarşılanması və görüşlərin təşkil olunması;
  • Sənəd dövriyyəsinin düzgün aparılması və inzibati proseslərə dəstək göstərilməsi;
  • Rəhbərliyin gündəlik fəaliyyətindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • İngilis dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür);
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Vaxtın düzgün idarə olunması və planlama bacarığı;
  • Məsuliyyətli, diqqətli və məxfilik prinsipinə riayət edən olmaq;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı;
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş yeri: Bakı;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində müəyyən ediləcək.

Maraqlanan namizədlərdən CV-lərini "Personal Assistant" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly483
  • Monthly1546