C Corn Processing Company
  • 1.1K

Satış anbarının sürücüsü

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış anbarının sürücüsü

  • Deadline 30 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri.
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
Tabeçilik: Maliyyə və Mühasibatlıq şöbəsinin müdirinə.

İşin təsviri:

  • Məhsulu müştəriyə vaxtında çatdırmaq;
  • İşin başlanğıcında anbardan malları təhvil almaq və maşına yüklənilməsinə nəzarət etmək;
  • Məhsulun texniki xüsusiyyətlərinə görə düzgün yüklənilməsinə nəzarət etmək;
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə məşğul olmaq;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
  • Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək;
  • Aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırmaq və ya aradan qaldrılmasını təmin etmək;
  • Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınması, təmir işləri ilə əlaqədar texniki sənədlər və avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunması üçün rəhbərini mütəmadi məlumatlandırmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • İş prosesindən irəli gələn işlərin görülməsini , ona təhkim olunmuş avadanlıqların və ərazinin təmiz saxlanmasını təmin etmək;
  • Satışla bağlı rəhbərliyin ona həvalə edtiyi digər vəzifələr və öhdəlikləri icra etmək.
  • Hər günün sonunda rəhbərliyə günlük hesabat təqdim etmək.

Namizədə dair tələblər:

  • Ünsiyyət qurma və müştərilərlə işləmək bacarığı;
  • Minimum 1 il iş təcrübəsi;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Ford tranzit idarə etmək təcrübəsi;
  • Maşına aid texniki xidmət bilikləri;
  • Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini e-mail ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)

  • Günlük60
  • Həftəlik503
  • Aylıq2225