İnsan Resursları üzrə mütəxəssis

  • Deadline 12 İyun 2025

Təsvir

  • İnsan Resursları şöbəsinin effektiv və problemsiz idarə edilməsində şöbənin direktoruna köməklik göstərmək, şöbədaxili əməliyyatlara dair təlimatda müəyyən edilmiş siyasət və prosedurlara ciddi şəkildə riayət olunmasını təmin etmək.
  • SAP (İşçi heyətinin idarə edilməsi sistemləri) proqramının vaxtlı-vaxtınd yenilənməsi və işçilərin şəxsi sənədlərinin qaydaya salınması, habelə bütün rəsmi əmrlərin yerli əmək qanunvericiliyinə uyğun şəkildə aparılmasına tam həyata keçirmək.
  • İşçilərin ƏMAS portalında işə alım, xitam və digər dəyişiklikləri həyata keçirmək.
  • Daxili nizam-intizam qaydaları və təlimatlar haqqında əməkdaşlara xəbər verilməsini və bu qaydaların icra edilməsini təmin etmək. Qayda pozuntuları olduğu halda lazımi tədqiqat və sənədləşmə işlərinə nəzarət etmək.
  • İşçilərin sənədlərinin daim yenilənməsini təmin etmək, əməkdaşların illik məzuniyyət, ezamiyyət səfərləri, habelə xəstəliklə bağlı məzuniyyət günlərinə nəzarət etmək. Bütün daxili transferləri idarə etmək.
  • Aylıq davamiyyət cədvəlini yoxlamaq və əmək məcəlləsinə uyğun şəkildə ayı sonlandırmaq. .              
  • İşçilərin bütün görüşləri və tədbirlərin koordinasiyası və icrası məsələlərində kömək etmək.
  • Bütün məzuniyyət işlərinin idarə edilməsinə görə cavabdehlik daşımaq.
  • İllik əsaslarla şöbədaxili əməliyyatlara dair təlimatları yeniləmək.
  • İşçilərin iş qovluqlarının mühafizəsi və qorunub saxlanılmasına görə cavabdehlik daşımaq.
  • Karyera yarmarkalarında iştirak etmək.

Tələblər

  • Ali təhsil
  • İnsan resursları sahəsində minimum 2-3 il iş təcrübəsi
  • ƏMAS və SAP sistemləri ilə işləmək bacarığı
  • Əmək məcəlləsi üzrə biliklər
  • Yüksək səviyyədə ingilis dili biliyi (yazılı və şifahi)
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı
  • Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma

Vakansiya haqqında

  • Vakansiya növü - Müvəqqəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily3
  • Weekly481
  • Monthly485