Courtyard by Marriott Baku Courtyard by Marriott Baku
  • 1.1K

Ofisiant (Waiter)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ofisiant (Waiter)

  • Deadline 28 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Qida və İçki
Ünvan: Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 28 yanvar 2024

İşin təsviri:

  • Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
  • Restoranı servis üçün hazırlamaq, masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək.
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək.
  • Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
  • Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
  • Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
  • İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • İngilis dilində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” qeyd edərək CV-lərini elektron poçt ünvanına 28.01.2024-dək  göndərmələri xahiş olunur. 

  • Daily139
  • Weekly696
  • Monthly1521