Sous Chef

  • Deadline 27 İyun 2025

Təsvir

  • Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək, hər bir məmulatın hazırlanması və təqdim edilməsi üçün əməkdaşlara zəruri bilikləri öyrətməklə, iaşə obyekti üçün kulinariya standartlarını müəyyən etməkdə köməklik göstərmək.
  • Müştərilərin mətbəx gözləntilərini qarşılamaq və üstələmək üçün xüsusi menyular yaratmaq, alternativ təkliflər vermək, müştərilərin xüsusi tələblərini qarşılamaq və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
  • Xüsusi olaraq işlərin pik vaxtlarında iaşə mətbəxinin bütün əməliyyatlarına nəzarət olunmasına kömək etmək, digər mətbəx işçiləri ilə birgə işləmək və zəruri sayıldıqda, müvafiq tənzimləmələri həyata keçirmək.
  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək. 
  • İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
  • İdarəetmə və rəhbər heyətin digər üzvləri ilə dəstəkləyici və çevik formada sıx əməkdaşlıq etmək, əsas diqqəti otelin uğuruna və otelin qonaqlarının məmnunluğuna yönəltmək.
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
  • Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
  • Ən yaxşı qiymətə ən yaxşı məhsulun təchiz edilməsi üçün baş aşpazla birlikdə işləməklə, iaşə mətbəxinə daxil olan məhsulların keyfiyyətini yoxlamaq.
  • İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanmasına kömək etmək.
  • İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək.
  • Baş aşpaz iş başında olmadıqda, plana uyğun olaraq, həftəlik Restoran xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
  • İşçilər arasında digər kommunikasiya kanalları, məs. elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılması və istifadə edilməsində kömək etmək.
  • Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək.
  • Mətbəx işçilərinin müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
  • Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.

Tələblər

  • Ali və ya peşə ixtisas təhsili;
  • Müvafiq vəzifə üzrə restoran və mehmanxana sahəsində iş təcrübəsi;
  • Mətbəx sahəsində müvafiq sertifikatların olması;
  • Effektiv ünsiyyət qurmaq bacarığı;

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly569
  • Monthly0