İş barədə məlumat
- İş yeri: Bakı şəhəri, Çinar Plaza
- İş vaxtı: I - V günlər 09:00 - 18:00
- Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
- Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə.
İşin təsviri
- Korporativ satış ilə bağlı bazar araşdırmalarını aparmaq;
- Öz işinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq, Kommersiya və Satış şöbəsinin müdirinə təkliflər vermək;
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərini planlamaq;
- Müştərilər ilə görüşlər və təqdimatlar keçirmək;
- Satışlarla bağlı sənədləşmələrin hazırlanmasında iştirak etmək;
- Potensial müştərilər haqqında məlumatlar toplamaq və rəhbərliyə təqdim etmək;
- Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etmək;
- Müştərilərə aid baza yaratmaq;
- Bazarda olan rəqibləri mütəmadi araşdırmaq;
- İşgüzar tədbirlərdə şirkəti təmsil etmək.
Namizədə dair tələblər
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus dili biliyi mütləq, İngilis dili biliyi arzuolunandır)
- Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin).