Tələblər:
- Müvafiq sahədə ali təhsil diplomu
- Minimum 3 il mühasibatlıq və anbar uçotu üzrə təcrübəsi olmalı;
- ACCA FA, F7, PMS sertifikatlarının olması üstünlükdür.
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
- 1C (Anbar modulu) və MS Excel bilikləri;
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
- Fikrini izah etmək qabliyyəti, dəqiq və məsuliyyətli olmaq, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
- Mal hərəkətinin uçotu və inventarizasiyası;
- Anbar daxilolmalarını və çıxışlarını qeyd etmək;
- Materialların düzgün sayını, saxlanma qaydalarını və stokunu izləmək;
- Satınalmalar və istehsalat üçün lazım olan xammalın uçotunu aparmaq;
- Aylıq hesabatlar hazırlamaq: anbar balansı, istifadə və qalıq materiallar;
- Material itkisi, zədələnməsi və ya itməsi hallarında səbəbləri araşdırmaq;
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Bizim təklif etdiklərimiz:
- 6 günlük iş rejimi (09:00 - 18:00);
- Nahar yeməyi şirkət tərəfindən verilir
- Təcrübəyə uyğun rəqabətli əmək haqqı.
Uyğun namizədlər CV-lərini “Material uçotu üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.