Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik!
Vəzifə öhdəlikləri:
- Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması;
- Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması;
- Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması;
- Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
- Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi;
- Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək;
- Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür;
- 3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür.
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
- Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək;
- Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür;
- AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;
- Əllə eskiz çəkmək bacarığı arzuolunandır;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Kreativlik və yüksək estetik zövq;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
- Tapşırıqları vaxtında yerinə yetirmək;
- Müstəqil və komanda şəklində işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
- Nahar: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.