Cronos Construction Cronos Construction

Peşəkar İnteryer və Eksteryer Dizayneri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Peşəkar İnteryer və Eksteryer Dizayneri

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yaradıcılığını müasir dizayn və tikinti layihələri ilə birləşdirərək fərqli məkanlara öz imzasını atmaq istəyən peşəkar dizaynerləri komandamıza dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • Müxtəlif üslublarda interyer və eksteryer 3D dizayn görünüşlərinin hazırlanması;
  • Müxtəlif təyinatlı obyektlərin interyer və eksteryer layihələrinin hazırlanması;
  • Məkanın dizayn ideyasının konsepsiyasından təfərrüatlı dizayn mərhələsinə qədər işlənib hazırlanması;
  • Verilmiş təlimat və məlumatlar əsasında dizayn işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi;
  • Müasir dizayn trendlərinin izlənilməsi və layihələrə uyğun şəkildə tətbiq edilməsi;
  • Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
  • Rəhbərlik tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə təhvil verilməsi;
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək;
  • Adobe After Effects və Adobe Premiere Pro proqramlarında işləmə bacarığı üstünlükdür;
  • 3D animasiya videolarının, Motion Design çarxlarının və video montaj işlərinin hazırlanması üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Vakansiya üzrə əsas üstünlük interyer dizayn sahəsində ixtisaslaşmış namizədlərə veriləcək;
  • Tikinti şirkətində dizayn sahəsində iş təcrübəsi üstünlükdür;
  • AutoCAD, ArchiCAD, 3ds Max, V-Ray, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;
  • Əllə eskiz çəkmək bacarığı arzuolunandır;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Kreativlik və yüksək estetik zövq;
  • Sürətli və keyfiyyətli işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
  • Tapşırıqları vaxtında yerinə yetirmək;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
  • Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
  • Nahar: Şirkət tərəfindən təmin olunur

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnteryer və Eksteryer Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily137
  • Weekly137
  • Monthly618