İş yeri: Ofis və Qarabağ regionu (Sahə)
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İşin təsviri:
- Şirkətin ofis və Qarabağda yerləşən tikinti sahələrində SƏTƏM qaydalarına, yerli qanunvericiliyə və beynəlxalq standartlara riayət olunmasına nəzarət edilməsi;
- İş yerlərində risklərin qiymətləndirilməsi (Risk Assessment) sənədlərinin hazırlanması və risklərin azaldılması üçün tədbirlərin görülməsi;
- İşçilərə texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə ilkin və dövri təlimatların (induksiya və toolbox) keçirilməsi;
- Tikinti sahəsində baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin qarşısının alınması üçün önləyici tədbirlərin planlaşdırılması;
- SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilərək rəhbərliyə təqdim olunması;
- Sahədə fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadəyə nəzarət edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- SƏTƏM (HSE) sahəsində minimum 3-5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- SƏTƏM sahəsinə aid yerli qanunvericilik aktları və normativ sənədlər barədə biliklər;
- Beynəlxalq sertifikatların (məsələn: NEBOSH, IOSH və ya ISO standartları üzrə sertifikatlar) olması üstünlükdür;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Ofis rejmində və Qarabağ bölgəsində sahə şəraitində işləmək imkanı olmalı.
Təminatlar:
- Qarabağ bölgəsində olduğu müddətdə düşərgədə pulsuz yerləşmə və gündəlik qidalanma təminatı (şirkət tərəfindən qarşılanır).
Maraqlanan namizədlərdən öz CV-lərini "SƏTƏM Mühəndisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.