Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin memarlıq, mexaniki və elektrik cizgilərini təhlil etmək;
- Layihələr üzrə iş həcmlərini hesablamaq və BOQ hazırlamaq;
- İlkin və detallı smeta sənədlərini tərtib etmək;
- Material, əmək və mexanizm xərclərini hesablamaq;
- Tikinti materialları və işlər üzrə bazar qiymətlərini araşdırmaq;
- Tender sənədlərini və kommersiya təkliflərini hazırlamaq;
- Subpodratçı və təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisə etmək;
- Tender təkliflərinin texniki və maliyyə təhlilini aparmaq;
- Layihələr üzrə faktiki və planlaşdırılmış iş həcmlərini müqayisə etmək;
- Əlavə və dəyişiklik işlərinin (Variation Order) həcmini və dəyərini hesablamaq;
- Layihələrin maya dəyərinə və büdcəsinə nəzarət etmək;
- Aylıq hesabatları hazırlamaq və texniki şöbə rəhbərinə təqdim etmək.
Namizədə əsas tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı);
- Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- BOQ və smeta hazırlamaq bacarığı;
- AutoCAD və MS Excel proqramları üzrə biliklər;
- Tender və qiymət analizi sahəsində təcrübə;
- Layihə cizgilərini oxumaq və təhlil etmək bacarığı;
- Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş saatları: 09:00–18:00;
- Rəqabətli əmək haqqı;
- Rəsmi əmək müqaviləsi.
CV-lərinizi WhatsApp vasitəsilə +994 50 200 81 00 nömrəsinə göndərməyiniz xahiş olunur. Müraciət zamanı vakansiyanın adını – “Smeta və tender üzrə mühəndis” qeyd etməyiniz vacibdir.