Cronos Construction Cronos Construction
  • 1.4K

Cronos Construction

Tikinti

Texniki ofis rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki ofis rəhbəri

  • Deadline 15 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İnşaat sahəsi üzrə ali təhsil;
  • Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Ofis proqramları, Outlook , Autocad, Primavera proqramlarında işləmək bacarığı;
  • Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması  bacarıqları;
  • Hesabat hazırlama və təhlil  etmə bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;
  • Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir.
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
  • Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;
  • Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;
  • Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;
  • Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;
  • Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;
  • Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;
  • Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;
  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
  • Sahələrdən gələn texniki hesabatları yoxlayır.

Tələblər:

  • Şöbənin ümumilikdə işini təşkil və idarə etmək;
  • Şöbə üzrə aylıq gördüyü işlərə görə şirkər  rəhbərinə hesabat vermək
  • Müvafiq profilaktik tədbirlər üçün ümumi dizayn və müqavilələrə nəzarət etmək;
  • Layihə sənədləşmə sistemini təşkil etmək (Çizimlər, siyahıları, NFI, RFI, MA, MS);
  • Tələblərə görə laboratoriya nəticələri və sertifikatları təşkil etmək;
  • Subpodtratçılar  üçün texniki spesifikasiyaları hazırlamaq;
  • Layihə planlarını idarə etmək və layihənin inkişafının  plana uyğun həyata keçirildiyinə nəzarət  etmək;
  • Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik  və nəzarət etmək; 
  • Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq;
  • Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu  təmin etmək üçün  iki qrup arasında əlaqə yaratmaq;
  • Texniki material təqdim etmələrini hazırlamaq; 
  • Matrial sifarişləri və təchizatı nəzarətdə saxlamaq
  • Təhvil-təslim prosedurlarını təşkil etmək və hazırlamaq;

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily68
  • Weekly204
  • Monthly2132