Cronos Construction Cronos Construction
  • 396
Cronos Construction

Cronos Construction

Construction , Building Construction

Texniki ofis rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki ofis rəhbəri

  • Deadline 12 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“CRONOS Construction” MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə;
  • MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı;
  • Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək bacarığı;
  • Hesabatların hazırlanması və təhlili bacarığı;
  • Komanda idarəetməsi və koordinasiya bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik etmək;
  • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
  • Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və icrasını təmin etmək;
  • Sifarişçilərdən və subpodratçılardan daxil olan smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq;
  • Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu aparmaq;
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək;
  • Layihələrin icrasına, iş qrafiklərinə və layihə planlarına uyğunluğa nəzarət etmək;
  • Layihə sənədləşmə sistemini təşkil və idarə etmək (Çizimlər, NFI, RFI, MA, MS və digər texniki sənədlər);
  • Laboratoriya nəticələrinin, material sertifikatlarının və texniki sənədlərin hazırlanmasını və toplanmasını təşkil etmək;
  • Subpodratçılar üçün texniki spesifikasiyaların hazırlanmasını təmin etmək;
  • Material sifarişləri və təchizat prosesinə texniki nəzarət etmək;
  • Mühəndislik və tikinti qrupları arasında koordinasiyanı təmin etmək;
  • Müqavilələr üzrə texniki öhdəliklərin icrasına nəzarət etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
  • Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət prosesində iştirak etmək;
  • Təhvil-təslim prosedurlarını təşkil etmək və müvafiq sənədləri hazırlamaq;
  • Şöbənin aylıq fəaliyyəti və görülmüş işlər barədə şirkət rəhbərliyinə hesabat təqdim etmək.

İş şəraiti:

  • İş rejimi: 5 günlük, 09:00–18:00;
  • Əmək haqqı: Müsahibə əsasında;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Texniki ofis rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly261
  • Monthly841