İşinə peşəkar yanaşan, vizual düşüncəsi güclü və detala önəm verən Motion Qrafik Dizayner axtarırıq!
Tələblər:
- Minimum 3 il professional iş təcrübəsi
- Agentlik təcrübəsi üstünlükdür
- Süni intellekt (AI) alətləri ilə işləmək bacarığı
- Çap və loqo/branding sahəsində təcrübə
- Portfolio təqdim edilməsi mütləqdir
İş şərtləri:
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:30 - 18:00
- İşə başlama tarixi: 10 iyun
- 3 günlük sınaq müddəti nəzərdə tutulub
- Maaş: 1000 AZN
Əgər sən də AI imkanlarını yaradıcılıqla birləşdirib güclü vizuallar ortaya çıxarmağı bacarırsansa, CV və portfolionu Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Yalnız portfoliolu müraciətlər dəyərləndiriləcək.