Aparıcı Mühasib

  • Deadline 22 Noyabr 2026

Əsas Tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) və ACCA F3 (Financial Accounting) sertifikatlarının olması mütləqdir (ACCA F7 arzuolunandır);
  • Proqram bilikləri: 1C proqramını əla səviyyədə bilmək, MS Excel proqramı ilə mükəmməl işləmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Tapşırıqların icrasında yüksək dəqiqlik, məsuliyyətlilik, etibarlılıq və konfidensiallığın qorunması.

Vəzifə Öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin, e-qaimələrin və elektron vergi hesab-fakturalarının düzgün tərtib edilməsi və 1C proqramına vaxtında daxil edilməsi;
  • Bank köçürmələrinin (yerli və xarici), kassa əməliyyatlarının icra olunması və gündəlik uçotunun aparılması;
  • Debitor və kreditorlarla qarşılıqlı hesablaşmalara nəzarət edilməsi, üzləşmə aktlarının tərtibi və bağlanması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Daxili maliyyə nəzarətinin gücləndirilməsi, maliyyə risklərinin müəyyən edilməsi və uyğunsuzluqların aradan qaldırılması;
  • Rəhbərliyə maliyyə vəziyyəti, gəlir və xərclər, debitor-kreditor borcları və digər maliyyə göstəriciləri barədə məlumatların təqdim edilməsi;
  • Vergi, DSMF, Statistika hesabatlarının hazırlanması;
  • Material və mal qalıqlarının, anbar hərəkətlərinin 1C proqramında dəqiq uçotunun aparılması və dövri inventarizasiyada iştirak;

Əlavə məlumat:

  • Əmək haqqı: 1500 - 1800 AZN;
  • İş vaxtı: 09:00 - 18:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Peşəkar komandada inkişaf və karyera imkanları

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı Mühasib) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur

  • Daily39
  • Weekly372
  • Monthly1791