Sənəd üzrə kiçik mühasib

  • Deadline 22 Noyabr 2026

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində 1 ilə qədər iş təcrübəsi;
  • MS Excel proqramı ilə mükəmməl işləmək bacarığı;
  • ACCA F3 (Financial Accounting) sertifikatı;
  • Sənədləşmə və kargüzarlıq işlərində yüksək bacarıq;
  • İşində son dərəcə diqqətli, məsuliyyətli və detallara qarşı həssas olmaq 

Vəzifə öhdəlikləri:

  • Qaimə-fakturaların, hesab-fakturaların və e-qaimələrin hazırlanması, göndərilmesi və təsdiqi;
  • Kargüzarlıq və e-qaimə portallarından sərbəst istifadə edilməsi;
  • Gündəlik mühasibat əməliyyatlarının (invoys və qaimələrin yazılması, aktların hazırlanması və s.) yerinə yetirilməsi;
  • İnternet-Banking üzrə ödənişlərin icrası və digər lazımi bank əməliyyatlarının aparılması;
  • Mühasibat sənədlərinin qorunması, nizamlı şəkildə arxivləşdirilməsi və papkalaşdırılması.

Əlavə məlumat:

  • Əmək haqqı: 500 - 600 AZN
  • İş qrafiki: I-V günlər, 09:00 - 18:00 
  • Peşəkar komandada inkişaf və karyera imkanları

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik Mühasib) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur

  • Daily45
  • Weekly493
  • Monthly1911